Azərbaycan, Bakı, 05 dekabr/ Trend , müxbir N.Abdullayeva/ GUAM təşkilatına üzv ölkələr - Gürcüstan, Azərbaycan, Ukrayna, Moldovanın xarici işlər nazirləri Helsinkidə təşkilata üzv dövlətlərin hökumətləri arasında terrorizm, mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizə sahəsində əməkdaşlıq haqqında protokol imzalayıblar.
Sənəd, GUAM-ın xarici işlər nazirlərinin ATƏT-in Xarici İşlər Nazirləri Şurasının dekabrın 4-5-də keçirilmiş illik iclasında iştirakçı çərçivəsində, Finlandiyanın paytaxtında baş tutmuş görüşləri başa çatdıqdan sonra imzalanıb, - GUAM-ın katibliyindən cümə günü Trend -a bildiriblər.
GUAM təşkilatı 1997-ci ildə, Avropa İttifaqı dövlətlərinin regional əməkdaşlıq sammiti zamanı yaradılsa da, praktiki olaraq 2005-ci ilədək fəaliyyət göstərməyib. Son üç ildə keçirilmiş sammitlərin əsas məsələləri regional münaqişələrin nizamlanması və enerji təhlükəsizliyi təminatı üzrə səylərin koordinasiyası olub.
Protokolda GUAM-ın Dövlətlərarası İnformasiya-Analitik Sistem (DİAS) kommunikasiya alt sistemində, hər bir tərəfin milli qanunvericilik normalarına müvafiq olaraq, çıxış məhdudiyyəti "məxfi"dən yuxarı olmayan informasiyanın mübadiləsinin həyata keçirilməsindən danışılır. Декабрь 4, 2008 - 01:00 - nadinStart: 04/12/2008 - 11:34Timezone: Europe/Kiev
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]