...

Britaniya 2009-cu ilin ortalarında qoşunlarını İraqdan çıxaracaq

Siyasət Materials 17 Dekabr 2008 12:50 (UTC +04:00)
Britaniya 2009-cu ilin ortalarında qoşunlarını İraqdan çıxaracaq

Azərbaycan, Bakı, 17 dekabr / Trend / Britaniyanın Baş naziri Qordon Braun Bağdadda keçirilən mətbuat konfransında bəyan edi b ki, Britaniya ordusu 2009-cu ilin ikinci yarısında İraqı tərk edəcək. "Mayın sonuna,  ola bilsin, bundan əvvəl missiya başa çatacaq", - Braun iraqlı həmkarı Nuri Əl - Maliki ilə birgə mətbuat konfransında bildirib və əlavə edib ki, qoşunların çıxarılmasına yaxın iki ay ərzində başlanılacaq, İraqın Aswat Al-Iraq informasiya agentliyi xəbər verib.

Bu, Braunun Böyük Britaniyanın Baş naziri kimi İraqa dördüncü səfəridir. Onun səfəri Amerika prezidenti Corc Buşun İraqda qalmaqallı mətbuat konfransından sonra baş tutub. Mətbuat konfransında iraqlı jurnalist Buşa ayaqqabı atıb.

İraqın Baş naziri əl-Maliki bəyan edib ki, Bağdad Britaniyanın qoşunları gələn il çıxarmaq qərarından razıdır. "Braunla danışıqlar müsbət olub və hər iki tərəfin marağını əks etdirir. Onun İraqa səfəri təhlükəsizliyin inkişafı və suverenliyin bərpasına vacib addımdır", - əl-Maliki bildirib.

Müttəfiq Britaniya və Amerika qoşunlarının sayı təxminən 4100 nəfərdən ibarətdir və Bəsrədə hava limanında yerləşirlər.

Britaniya qoşunları İraqda olduqları müddətdə 178 nəfər əsgər itiriblər. Onların 168-i İraq qruplaşmalarının hücumu nəticəsində qətlə yetirilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti