...

Misirdə həlak olanlar arasında Azərbaycan vətəndaşları yoxdur

Siyasət Materials 23 Dekabr 2008 19:51 (UTC +04:00)
Misirdə həlak olanlar arasında Azərbaycan vətəndaşları yoxdur

Azərbaycan, Bakı, 23 dekabr/ Trend , müxbir Ü.Sadıqova/ Misirdə avtomobil qəzasında yaralanan və həlak olanlar arasında Azərbaycandan olan turistlər yoxdur. "Tədqiqat aparılır; həlak olanların əksəriyyətinin şəxsiyyəti  müəyyən edilməyib. Hələlik yaralanan və ya həlak olanlar arasında azərbaycanlılar barədə məlumat daxil olmayıb", - Azərbaycanın Misirdəki səfiri Faiq Bağırov Qahirədən telefonla Trend ­-a bildirib.

Bazar ertəsi Misirin Dahba şəhəri yaxınlığında avtobusun aşması nəticəsində yeddi rusiyalı həlak olub, 17 Litva və Ukrayna vətəndaşı xəstəxanaya çatdırılıb. Dahba yaxınlığında qəza bu il əcnəbi turistlərin həlak olduğu qəzalar arasında sayca 10-cu olub, - "Vesti" telekanalı xəbər verir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti