...

Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO -nun Xoşməramlı Səfiri Azərbaycanda "İlin Adamı" elan olunub

Siyasət Materials 29 Dekabr 2008 14:38 (UTC +04:00)
Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO -nun Xoşməramlı Səfiri Azərbaycanda "İlin Adamı" elan olunub

Azərbaycan, Bakı, 29 dekabr/ Tren , müxbir K.Zərbalıyeva/ Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO - nun Xoşməramlı Səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bazar ertəsi uşaqların hüquqlarının müdafiəsi sahəsində göstərdiyi fəaliyyətə görə Azərbaycanda "İlin Adamı" elan olunub.

Azərbaycanın "Gənc liderlər" uşaq təşkilatı, uşaqlar arasında aparılan sorğunun nəticəsinə görə, Mehriban Əliyevanı, uşaq hüquqlarının müdafiəsi və onların sosial problemlərinin həlli sahəsində göstərdiyi fəaliyyətə görə, "İlin Adamı" elan edib. Bu barədə bazar ertəsi TREND Xəbərlər Şirkətində keçirilən mətbuat konfransında təşkilatın sədri Fərid Şahbazov bildirib.

"Gənc liderlər" Heydər Əliyev Fondunun prezidentini 2007- ci ildə də "Uşaqların dostu" elan etmişdi.

Şahbazov bildirib ki, Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin uşaqların müdafiəsi sahəsində ənənələrini bu gün Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva layiqincə davam etdirirlər. "Məhz Mehriban Əliyeva uşaqların illərlə həll olunmamış sosial problemlərinin həllinin təşəbbüskarı olub", - deyə o bildirib.

Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu 2004 - cü il martın 10- da yaradılıb. Fondun fəaliyyətinin prioritetləri uşaqlara, xüsusi diqqət və qayğıya ehtiyac duyan əhalinin az təminatlı təbəqəsinə qayğı göstərməkdən ibarətdir. Heydər Əliyev Fondu fəaliyyətinin qısa müddəti ərzində "Yeniləşən Azərbaycana - yeni məktəblər", "Talassemiyasız həyat", "Diabetdən əziyyət çəkən uşaqlara qayğı", "Uşaq evləri və internat məktəblərin inkişafı" və s. bir sıra iri proqram və layihələr həyata keçirib və bəzilərinin reallaşdırılmasını davam etdirir.

"Yeniləşən Azərbaycana - yeni məktəblər" proqramı çərçivəsində, ayrı-ayrı rayon və kəndlərdə artıq 132 məktəb tikilib, ikinci mərhələdə isə, daha 100 məktəbin inşası planlaşdırılır.

"Uşaq evləri və internat məktəblərin inkişafı" Proqramına müvafiq olaraq, Bakıda və ölkənin bölgələrində bütün internat məktəblər təmir olunub və hər cür avadanlıqla təmin edilib.

"Gənc liderlər" Təşkilatının apardığı sorğunun nəticələrinə görə, uşaqlarla iş üzrə fəaliyyətinə görə, Azərbaycan Milli Məclisinin (Parlament) millət vəkilləri Fəttah Heydərov, Yaqub Mahmudov, Zahid Oruc, Nizami Cəfərov, Aydın Mirzəzadə, Hüseynbala Mirələmov ilin deputatları, Səbayel Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova ilin məmuru, Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vaqif Əsədov ilin Ən yaxşı mətbuat xidməti rəhbəri elan olunublar.

"Gənc liderlər" Təşkilatı uşaqlara dəstək, onların sosial problemlərinin həlli məqsədilə 2005 - ci il iyunun 1-də yaradılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti