...

Türkiyə İsraildən quru əməliyyatını dərhal dayandırmağı tələb edir

Siyasət Materials 4 Yanvar 2009 12:09 (UTC +04:00)
Türkiyə İsraildən quru əməliyyatını dərhal dayandırmağı tələb edir

Türkiyənin xarici işlər nazirliyi İsrailin Qəzzəyə başlatdığı quru əməliyyatını dərhal dayandırmasını tələb edən bəyanat yayıb. Bu barədə Türkiyənin "Cihan" informasiya agentliyi məlumat verib.

Bəyanatda İsrailin Qəzzəyə qurudan hərbi əməliyyat həyata keçirməsinin qəbuledilməz olduğu bildirilərək quru əməliyyatının hiddət doğurduğu və Türkiyənin narahatçılığını artırdığı vurğulanıb. Beynəlxalq reaksialara baxmayaraq İsrailin quru əməliyyatına başlamasının yolverilməz olduğunun bildirildiyi bəyanatda əməliyyatların dərhal dayandırılması və Qəzzə sakinlərinə humanitar yardımların çatdırılmasına şərait yaradılmasi tələb edilir. 

Xəbər lenti

Xəbər lenti