...

Astanada çoxmənzilli binada yanğın baş verib, doqquz nəfər xəstəxanaya yerləşdirilib

Siyasət Materials 6 Yanvar 2009 17:14 (UTC +04:00)

Qazaxıstan, Astana, 06 yanvar/ TrendNew s, müxbir K.Konırova/ Çərşənbə axşamı gecə saat 02:20 - də Astananın mərkəzindəki çoxmənzilli "Edem Palas" yaşayış kompleksində yanğın baş verib. Bu barədə Trend -a Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

FHN -nin məlumatına görə, ümumi sahəsi 90 kvadratmetr olan beşinci girişin dördüncü və on doqquzuncu mərtəbələri arasında yerləşən kabel şaxtasında elektrik naqilinin alışmasından yanğın baş verib. 50 nəfər evokuasiya edilib.

Yanğın nəticəsində doqquz nəfər, o cümlədən iki iki yaşlı və iki bir yaşlı uşaq dəm qazından orta ağır dərəcəli zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.

Yanğın saat 05.06 - da FHN - nin Yanğınsöndürmə Xidmətinin əməkdaşları tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti