...

Əfqanıstanın Herat vilayətində qadın yataqxanasına raket zərbəsi endirilib

Siyasət Materials 10 Yanvar 2009 13:19 (UTC +04:00)

Əfqanıstan, Kabil, 10 yanvar/ Trend , müxbir A.Həkimi/ Əfqanıstanın Herat vilayətində yerləşən qadın yataqxanasına raket zərbəsi endirilib.

Vilayət polisinin nümayəndəsi bildirib ki, raket hədəfə tuş gəlməyib və yaxınlıqda partlayıb. İtki və dağıntı yoxdur. Yataqxanada 100-dan artıq insan məskunlaşdığı bildirilir.

Buranın sakinləri təhlükəsizliklə əlaqədar digər binaya köçürülmələri barədə dəfələrlə aidiyyatı yerlərə müraciət ediblər. Bu, qadın yataqxanasına ilk hücum olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti