...

Azərbaycan prezidenti "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi" Azərbaycan Respublikası yubiley medalının təsis edilməsi haqqında Qanunun tətbiq edilməsi barədə fərman imzalayıb

Siyasət Materials 14 Yanvar 2009 17:04 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü  "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi" Azərbaycan Respublikası yubiley medalının təsis edilməsi haqqında Qanunun tətbiq edilməsi barədə fərman imzalayıb,- məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.  

Fərmana əsasən,  Nazirlər Kabineti qüvvədə olan qanunvericilik aktlarının Qanuna uyğunlaşdırılması barədə təkliflərini bir ay müddətində Prezidentə təqdim etməlidir.

Azərbaycan Respublikasının 2008-ci il 2 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)" Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə"nin 2-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Milli Təhlükəsizlik Nazirliyi həyata keçirəcək. Fərman dərc edildiyi gündən qüvvədədir.

Xəbər lenti

Xəbər lenti