...

Qəzzə Zolağında hərbi əməliyyatlar İsrailin təhlükəsizliyinə  kömək etmir – AŞ - nin Baş katibi

Siyasət Materials 16 Yanvar 2009 16:01 (UTC +04:00)
Qəzzə Zolağında hərbi əməliyyatlar İsrailin təhlükəsizliyinə  kömək etmir – AŞ - nin Baş katibi

Fransa, Strasburq, 16 yanvar/ Trend , müxbir A.Məhərrəmov/ İsrailin Qəzzə Zolağında qarışıq güc tətbiq etməsi mülki əhaliyə təsir göstərir, kütləvi miqyasda insan hüquqlarını pozur və böyük dağıntılara səbəb olur, lakin İsrailin təhlükəsizliyinə  kömək etmir, - Avropa Şurasının Baş katibi Terri Devis cümə günü Strasburqda bildirib.

"İstənilən halda, bu terrorçuların cəlb edilməsinə yardım edir. İsrailə zorakılığı dayandırmaq və Qəzzə Zolağında müharibənin nəticələrini aradan qaldırmaq üçün nə edə biləcəyi barədə düşünmək vaxtı çatıb", - Baş katib deyib.

Onun sözlərinə görə, israilli liderlər başa düşməlidirlər ki, möhkəm sülh və təhlükəsizlik yalnız Fələstin xalqı və İsrailin qonşuları ilə birgə əldə edilə bilər.

"İsrailin özünü qorumaq hüquq var. Lakin Qəzzədə baş verənlər düzgün deyil", - Devis əlavə edib.

İsrailin Qəzzə Zolağında əməliyyatları 2008 - ci il dekabrın 27 - də başlayıb və 2009 - cu il yanvarın 3 - dək - İsrail ordusunun hərbi qulluqçuları sərhədi keçənə və anklava daxil olanadək hava bombardmanları ilə məhdudlaşıb. İsrailin hərbi əməliyyatları nəticəsində Qəzzədə qurbanların sayı təxminən 1200 fələstinliyə çatıb. Onların arasında 322 uşaq və 76 qadın var. Yaralıların sayı 4,5 min nəfərdən çoxdur, - BBC - nin saytı xəbər verib.

İsrail tərəfin itkiləri 13 nəfər təşkil edib. Onların 4-ü dinc sakindir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti