...

Qəzzədə hərbi hədəf HƏMAS terrorçularıdır – İsrail ordusunun rəsmi nümayəndəsi

Siyasət Materials 21 Yanvar 2009 16:05 (UTC +04:00)
Qəzzədə hərbi hədəf HƏMAS terrorçularıdır – İsrail ordusunun rəsmi nümayəndəsi

İsrailin Qəzzədəki hərbi əməliyyatlarının məqsədi dinc əhali deyil, HƏMAS terrorçuları olub, - İsrail ordusunun rəsmi nümayəndəsi mayor Avital Leyboviç Al Jazeera telekanalına müsahibədə bildirib.

"HƏMAS üç il ərzində İsrailin dinc əhalisini raket atəşinə tutsa da, biz terrorçuları hədəfə alırdıq", - Leyboviç deyib.

Onun sözlərinə görə, İsrail ordusu dünyada  dinc sakinləri, bu halda fələstinliləri münaqişə zonasından köçürmüş yeganə ordudur.

Bazar ertəsi İsrail qoşunların Qəzzə Zolağından çıxarılmasına başlayıb və birtərəfli barışıq elan edib. Barışığı, İsrail XİN-in rəhbəri Tsipi Livni bazar günü Vaşinqtonda ABŞ-ın keçmiş Dövlət Katibi Kondoliza Raysla imzalayıb.

Bu gün İsrail qoşunların Qəzzədən tam çıxarılmasını başa çatdıracaq. Lakin HƏMAS-la barışıq məsələsi hələlik həll edilməmiş qalır.

Dekabrın 27-dən yanvarın 18-dək İsrail Qəzzədə HƏMAS üzvlərinə qarşı yerüstü və hava əməliyyatları aparıb. Əməliyyatların məqsədi HƏMAS-ın hərbi infrastrukturunun məhv edilməsi olub.

Fələstinli mənbələr iddia edirlər ki, münaqişə zamanı ən azı 1300 fələstinli (onların təxminən üçdə biri uşaqlardır) öldürülüb və 5500 nəfər yaralanıb. İsrail tərəfdən 13 nəfər, o cümlədən üç dinc sakin öldürülüb, - BBC saytı xəbər verib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti