...

Gürcüstan Cənubi Osetiyaya qaz ixracına razılıq verib

Siyasət Materials 22 Yanvar 2009 16:19 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 22 yanvar/ Trend , müxbir N.Kirtsxaliya/ Aİ və ATƏT - in xahişi ilə Gürcüstanın Energetika Nazirliyi "İtera Gürcüstan" şirkətinin Cənubi Osetiyaya qaz ixrac etməsinə razılıq verib, - Gürcüstanın energetika nazirinin müavini Nino Enukidze cümə axşamı xüsusi brifinqdə bildirib.

"İşğal edilmiş ərazilər haqqında qanuna müvafiq olaraq, hökumət Cənubi Osetiyada iqtisadi fəaliyyətin aparılmasına xüsusi icazə verməliydi ki, bu da artıq edilib", - Enukidze deyib.

Onun sözlərinə görə, əvvəllər, gürcü - osetin  münaqişəsi nəticəsində zədələnmiş Tsxinvaliyə aparan qaz kəməri gürcü mütəxəssislər tərəfindən yenidən qurulub və indi qazın verilməsi mümkün olub. "İndi "İtera Gürcüstan" qazpaylayıcı şirkəti Rusiyadan Tsxinvali üçün əlavə həcmin alınmasına dair danışıqlar aparır", - Enukidze əlavə edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti