...

İran xarici malların idxalına qadağa qoymaqla öz iqtisadiyyatını təcrid edir

Siyasət Materials 23 Yanvar 2009 09:13 (UTC +04:00)
İran xarici malların idxalına qadağa qoymaqla öz iqtisadiyyatını təcrid edir

Azərbaycan, Bakı, 21 yanvar/ Trend , müxbirlər D.İbrahimova, Т.Cəfərov/ "İran hökumətinin, İsraillə əməkdaşlıq etdiyini düşündüyü ölkələrin istehsalı olan malların ölkəyə idxalına qadağa qoyması, ölkənin dünya ictimaiyyətindən təcridini gücləndirəcək", - ekspertlər hesab edir.

"İslam respublikasının dini lideri Seyid Əli Xamenei vətəndaşların "islamın düşməni - İsrail"lə əməkdaşlıq edən ölkələrin istehsalı olan mallardan istifadəsinə qadağa qoyub",- Fars İran agentliyi xəbər verir.

Calvin Klein, Estee Lauder, Domestos, Pringles, Pantene pro-v, Nokia, IBM, CNN, Puma, Philip Morris şirkətlərinin də daxil olduğu siyahıda 100-dən çox ad var.

"İranın qərarı (xarici malların boykot edilməsi) ölkənin (iqtisadiyyatı) təcrid olunmasını sürətləndirəcək", - Trend -a elektron poçtla maliyyə məsələləri üzrə ekspert, Kaliforniya universitetinin professoru Sərkis Xuri (Sarkis Khoury) deyib.

İran parlamenti dekabrın 31-də, rəsmi Tehranın fikrincə, İsraili dəstəklədiyini hesab etdiyi müəssisələrin mallarının idxalını qadağan edən qanun layihəsini qəbul edib. Bu addım İsrailin Qəzzə Zolağına hücumuna etiraz olaraq atılıb.

İsrail qoşunları və zirehli texnikası iki həftə ərzində Qəzzə Zolağında fələstinli döyüşçülərə qarşı yerüstü əməliyyat keçirib. Buna qədər bir həftə ərzində intensiv bombardman da həyata keçirilib. Hərbi əməliyyatlar nəticəsində Qəzzədə 1300 nəfər həlak olub, 5000-dən çox insan yaralanıb. Zərəçəkənlərin üçdə biri uşaqlardır. İsrail tərəfdən 13 nəfər həlak olub, - BBC xəbər verir.

Ekspertlərin fikrincə, İran əcnəbi istehsalı olan malların idxal və istifadəsini boykot edə bilməyəcək.

"Söhbət hansısa konkret şirkətin mallarından getsəydi, idxala qadağa mümkün idi. Ancaq bütün şirkətlərin idxalına boykot real deyil;İİR İsraillə əməkdaşlıq edən bütün şirkətlərlə eyni vaxtda münasibətləri poza bilməz", - iqtisadi məsələlər üzrə iranəsilli fransız müətəxəssis Freydun Havənd ( Freidoun Khavand) hesab edir.

Məhsul boykotunun qeyri-mümkün olmasına başqa bir səbəb bir çox əcnəbi malların əvəvzləyicisinin ölkədə olmamasıdır.

"Malların bpykotu çətin olacaq, çünki İranda xarici şirkətlərin istehsalı olan malların substratı yoxdur", - Havənd əlavə edib.

"Spesifik mallar, həmçinin, yüksək texnologiya malları var ki, onları İran əvəz edə bilməyəcək. Məsələn, kompüter avadanlıqlarının satışını həyata keçirən firmaların səhmlərinin bir hissəsi İsrailə məxsusdur", - Trend -a telefonla İran Mərkəzi Bankının sabiq məsləhətçisi Bijan Bidabad (Bijan Bidabad) deyib.

Onun sözlərinə görə, xarici malların idxalına olan boykot bu firmaların biznesinə təsir etməyəcək. Çünki İran bazarının buradakı payı o qədər də böyük deyil.

Amerikalı ekspert Hurinin fikrincə, qadağalar "kölğə razılaşmaları", məsələn, müəssisələrin birgə sahibkarlığı, yaxud, Amerika mallarının Çin istehsalı formasında idxalına gətirib çıxaracaq.

"Boykot - aqil və adil addım deyil. Bu, sonda İran istehlakçılarına zərər vuracaq", -Huri əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: с[email protected]

Xəbər lenti

Xəbər lenti