...

Azərbaycan müxalifət partiyasının yaranmasının 10 illiyi ilə bağlı tədbir keçirilib

Siyasət Materials 29 Yanvar 2009 15:14 (UTC +04:00)

Azərbaycan, Bакı, 29 yanvar / Trend , müxbir A.Hüseynbala/ Azərbaycan müxalif partiyasının yaranmasının 10 illiyi ilə bağlı tədbir keçirilib. "Bu 10 il ərzində partiya 2004-cü il bələdiyyə, 2005-ci il parlament və 2008-ci il prezident seçkilərində öz namizədləri ilə iştirak edib. Partiyamızın Böyük Britaniyanın, Rusiyanın və Türkiyənin bir çox siyasi partiyaları ilə sıx əlaqələri qurulub", - Azərbaycan Liberal-Demokrat Partiyasının sədri Fuad Əliyev bildirib.

Yubiley tədbirində Azərbaycanın müxtəlif kütləvi informasiya vasitələrinə diplomlar təqdim olunub. Trend Informasiya Agentliyi ALDP-nin fəaliyyətini müntəzəm və obyektiv işıqlandırdığına görə "ALDP-10 il" diplomuna layiq görülüb.

Əliyevin sözlərinə görə, partiyanın 10 illiyi ilə bağlı yubiley tədbirləri yanvarın 30-dan başlayaraq bir il ərzində davam etdiriləcək: "Bir ildən sonra biz "ALDP - Sizin üçün" kampaniyasına başlayacağıq", - deyə Əliyev əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti