Azərbaycan, Bakı, 04 fevral/ Trend , müxbir A.Hüseynbala/ Azərbaycanın hakimiyyətyönlü partiyası yenidən bərpa olunacaq.
"Biz bərpa qurultayını mart ayının ortalarında keçirməyi nəzərdə tuturuq", - çərşənbə günü Trend -a Böyük Millət Partiyasının (BMP) bərpası üzrə Təşəbbüs Qrupunun üzvü Samir Adıgözəlli bildirib.
Trend -un arayışı: Azərbaycanın Böyüк Мillət Partiyası
2008-ci il sentyabrın 23-də 1999-cu ildə yaradılan
Demokratik Azərbaycan Dünyası Partiyası (DАДП) ilə birləşib.
Ötən ilin oktyabr ayında keçirilən prezident
seçkisindən sonra BMP-nin DADP-yə qoşulan
keçmiş sədri və digər partiya üzvləri
istefa verərək BMP-ni yenidən bərpa etmək haqda
qərar veriblər.
Adıgözəlli deyib ki, partiyanın bərpa qurultayında sədrliyə namizədliyini irəli sürməyəcək. "Mən əvvəlcə partiyanın sədri olsam da, indi bu vəzifəyə iddialı deyiləm. Düşünürəm ki, qurultayda partiyanı Azərbaycanın ən aparıcı siyasi qüvvələrindən birinə çevirə biləcək bir şəxs sədr seçiləcək", - BMP-nin keçmiş sədri əlavə edib.
Onun sözlərinə görə, bərpa qurultayında Nizamnaməyə dəyişikliklər edilməsi də nəzərdə tutulur. "Ötən il keçirilən prezident seçkisindən sonra Demokratik Azərbaycan Dünyası Partiyasından istefa verən bir qrup şəxs də BMP-nin bərpasında fəal iştirak edir", - Adıgözəlli qeyd edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]