...

Türkmənistan prezidenti və Çexiya baş naziri AB formatında əməkdaşlığı muzakirə edəcəklər

Siyasət Materials 10 Fevral 2009 19:27 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 10 fevral / Trend , muxbir E.Həsənov/ Çexiya dövlətinin baş naziri Mirek Topolanek fevralın 13-ü Aşqabada rəsmi səfər edəcək. Türkmən rəsmi mənbəsinin verdiyi məlumata görə, səfər zamanı iki ölkə arasında əməkdaşlığın prespektivliyi və Avropa Birliyi formatında əlaqələr muzakirə olunacaq.

Baş nazirin Türkmənistan prezidenti Qurbanqulu Bərdıməhəmmədovla görüşü planlaşdırılıb.

Çexiya yaxınlarda nümayəndəliyi Aşqabadda açılacaq Avropa Birliyinə sədrlik edir. Brüssel Rusiya və Ukrayna arasında olan "qaz" mubahisəsindən sonra Avropa ölkələrində yaranan enerji krizisinə görə "Nabukko" boru kəmərinin tezliklə reallaşmasını istəyir. Bu vaxta qədər Aşqabadın bu layihəyə olan rəsmi fikri bilinmir.

Bəzi məlumatlara görə, bu ilin mayın 17-də Praqada keçiriləcək "Nabukko" üzrə beynalxalq sammitə türkmən başçısı da dəvət olunub..

Məqalənin müəllifi ilə əlaqə üçün: [email protected]

Xəbər lenti

Xəbər lenti