...

Azərbaycan korrupsiyaya qarşı mübarizədə ABŞ və Avropanın təcrübəsindən yararlanmaq niyyətindədir

Siyasət Materials 11 Fevral 2009 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 fevral / Trend , C.Babayeva/ "Azərbaycanın korrupsiya ilə mübarizədə ABŞ və Avropanın təcrübəsinə ehtiyacı var", - çərşənbə günü "Qanunvericilik prosesinin şəffaflığı və səmərəliliyinin artırılması"na həsr olunmuş konfransda Azərbaycan Milli Məclisinin (parlament) birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.

"Azərbaycan gənc demokratik ölkədir və onun bu təcrübəyə ehtiyacı var", - Əsgərov bildirib.

"ABŞ Azərbaycanın qanunun aliliyi və korrupsiyaya qarşı mübarizə səylərinə dəstək verməyə hazırdır", - ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi bildirib.

"Azərbaycanda qanunvericilik prosesinin şəffaflığı və səmərəliliyinin mükəmməlləşdirilməsi üzrə səylər ölkənin demokratik gələcəyi üçün vacib əhəmiyyət kəsb edir", - Dersi qeyd edib.

"ABŞ qanunun aliliyinin inkişafı və korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycanın səylərini alqışlayır", - səfir bildirib.

"ABŞ vətəndaşların inamını qazana biləcək, şəffaf fəaliyyət göstərən hökumət qurmaqda Azərbaycana ciddi dəstək verməyə hazırdır", - Dersi əlavə edib.

Azərbaycanda korrupsiyaya qarşı mübarizə istiqamətində qəbul edilmiş normativ-hüquqi sənədlər Avropa Şurasının ekspertləri tərəfindən müzakirə olunur.

"Avropa Şurası dünən Azərbaycanda "çirkli" pulların yuyulması haqda qanunun qəbulundan razıdır", - konfransda AŞ ilə əməkdaşlıq direktorluğunun başçısı Marqaret Killerbi deyib.

"Ümid edirik, bu qanunun tətbiqi öz müsbət səmərəsini verəcək", - o əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti