Azərbaycan, Bakı, 17 fevral / Trend , müxbir Е.Оstapenko / "Özbəkistanın Karşi-Xanabad hərbi bazasının NATO-nun qeyri-hərbi yüklərinin Əfqanıstana daşınması üçün tranzit rolunu oynamaq məqsədilə istismarının mümkün bərpası ABŞ-da neqativ siyasi rezonansa səbəb ola bilərdi. Çünki Özbəkistanda insan hüquqları sahəsindəki durum çox ağırdır", - Beynəlxalq böhran qrupunun analitiki Pol Kuin-Cadc hesab edir.
"Özbəkistanın insan hüquqları sahəsindəki zəif nüfuzu səbəbindən belə bazanın açılması Amerikadakı siyasi rezonansı neqativ edə bilər", - Trend -a telefonla Bişkekdən Kuin-Cadc deyib.
Onun sözlərinə görə, ABŞ prezidenti Barak Obamanın insan hüquqları ilə bağlı çox güclü mövqeyi var.
"Prezident Kərimov kimi - dünyada demokratik prezident kimi elə də böyük şöhrətə malik olmayan bir ölkə başçısı ilə inam münasibətləri ortaya çıxarsa, Obama çox çətin sualları cavablandırmalı olacaq", - o bildirib.
Özbəkistandakı Karşi-Xanabad bazası 2001-2005-ci illərdə Əfqanıstan ərazisində NATO-nun əməliyyatlarına dəstək üçün istifadə olunub. Qırğızıstanın bu yaxınlarda Manas hava limanındakı Amerika bazasının fəaliyyətinin dayandırılması ilə bağlı qərarından sonra, ABŞ rəhbərliyi NATO-nun anti-terror əməliyyatları həyata keçirdiyi Əfqanıstana özünün qeyri-hərbi yüklərinin tranziti üçün alternativ yollar axtarır.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının komandanı, general Devid Petreus çərşənbə axşamı Özbəkistana gəlib. Rəsmi məlumatlara görə, onun səfərinin məqsədi regional təhlükəsizlik məsələlərinin, eləcə də Əfqanıstanda sülh həyatının bərpası problemlərinin müzakirəsidir.
Kuin-Cadc hesab edir ki, Mərkəzi Asiyadan yeni marşrutun müzakirəsi general Petreusun səfərinin əsas mövzularından biri olacaq. Ola bilər ki, o, alman hərbi bazasının yerləşdiyi, qərb koalisiyasının Termezdəki (Özbəkistan) bazasının fəaliyyətinin genişləndirilməsi haqda razılığa nail olmağa çalışacaq.
Termez-Hayraton sərhəd naqili Əfqanıstana demək olar ki, yeganə dəmir yol xəttidir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]