...

Rusiyanın vertolyotları münaqişəli Gürcüstan-Abxaziya zonasında kəşfiyyat xarakterli uçuşlar həyata keçirib – Gürcüstan DİN

Siyasət Materials 5 Mart 2009 13:35 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 05 mart / Trend , müxbir N.Kirtsxaliya /

Rusiyanın hərbi vertolyotları münaqişəli Gürcüstan-Abxaziya zonasında Gürcüstan polis postlarının üzərindən kəşfiyyat xarakterli uçuşlar həyata keçirib. Gürcüstan DİN-in bugünkü bəyanatında bildirilib.

"Bu gün saat 11.00-da Rusiyanın iki Mİ-8 və Mİ-24 vertolyotu Gürcüstanın işğal edilmiş ərazisində yerləşən Piçori kəndi istiqamətindən bu ölkənin nəzarəti altında olan ərazilərə soxulub.

"Onlar bu ərazidə yerləşən gürcü polis postlarının şəkillərini çəkmək məqsədilə uçuşlar həyata keçiriblər" - bəyanatda bildirilir.

Məlumatda həmçinin qeyd olunub ki, Rusiya vertolyotları dünən də oxşar uçuşlar həyata keçirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti