...

Azərbaycan hökumətinin iştirakı ilə Vyanada dünyada narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı birgə mübarizənin perspektivləri müzakirə ediləcək

Siyasət Materials 9 Mart 2009 15:12 (UTC +04:00)
Azərbaycan hökumətinin iştirakı ilə Vyanada dünyada narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı birgə mübarizənin perspektivləri müzakirə ediləcək

Azərbaycan, Bakı, 09 mart / Trend , müxbir C. Babayeva /

Dünyada narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı birgə mübarizənin perspektivləri Vyanada müzakirə ediləcək. Martın 11-dən 20-dək Vyana Beynəlxalq Mərkəzində keçiriləcək BMT Narkotik Vasitələr Komissiyasının 52-ci illik sessiyasında Azərbaycan hökumətinin nümayəndə heyəti də iştirak edəcək, - bazar ertəsi Trend -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Sessiyada Azərbaycanı Daxili İşlər, Milli Təhlükəsizlik, Səhiyyə nazirliklərinin rəsmiləri təmsil edəcək.

Sessiyada 1998-ci ildə qəbul edilmiş ilk Siyasi Bəyannamədən ötən dövr ərzində əldə olunmuş nailiyyətlər, mövcud problemlər müzakirə olunacaq, növbəti 10 il üçün mübarizənin əsas istiqamətləri müəyyənləşdiriləcək. Sonda dünyada narkotiklər probleminə qarşı mübarizəyə dair üzv dövlətlərin Siyasi Bəyannaməsinin qəbulu gözlənilir.

BMT Narkotik Vasitələr Komissiyasına 53 dövlət üzvdür. 11-i Afrika, 11-i Asiya, 10-u Latın Amerika və Karib Hövzəsi ölkələri, 6-sı Şərqi Avropa, 14-ü Qərbi Avropa və digər ölkələrdəndir. Biri isə rotasiya qaydasında Latın Amerika və Karip Hövzəsi, Asiya ölkələrindən seçilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti