...

Rusiya ATƏT-in Minsk Qrupu formatına zidd ola biləcək heç bir paralel danışıqlar aparmır – xarici işlər naziri

Siyasət Materials 12 Mart 2009 14:01 (UTC +04:00)
Rusiya ATƏT-in Minsk Qrupu formatına zidd ola biləcək heç bir paralel danışıqlar aparmır – xarici işlər naziri

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir E.Rüstəmov /

Rusiya ATƏT-in Minsk Qrupu formatına zidd ola biləcək heç bir paralel danışıqlar aparmır. Bu barədə cümə axşamı Bakıda keçirilən mətbuat konfransında Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bildirib.

"Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli bir çox ölkələri, o cümlədən bu regionda yerləşən dövlətləri maraqlandırır. Biz türkiyəli həmkarlarımız ilə bu mövzunu müzakirə edirik, lakin bu danışıqlar Minsk formatına zidd deyil", - deyə Lavrov vurğulayıb.

 
Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti