...

Azərbaycan Prezidenti referendumda səs verib

Siyasət Materials 18 Mart 2009 11:14 (UTC +04:00)
Azərbaycan Prezidenti referendumda səs verib

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir S.Əliyev /

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü ölkə Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi üzrə referendumda səs verib.

Azərbaycanda çərşənbə günü, yerli vaxtla saat 08:00-da ölkə Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi üzrə referendum başlayıb.

Referendum hakim Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə keçirilir. Konstitusiyada, xüsusilə, 101-ci maddənin beşinci bəndində yer alan "heç kim iki dəfədən artıq AR-nın Prezidenti seçilə bilməz" hazırkı redaktəsinin "müharibə şəraitində aparılan hərbi əməliyyatlar növbəti seçkilərin keçirilməsini mümkünsüz edirsə fəaliyyətdə olan dövlət başçısının səlahiyyət müddətinin hərbi əməliyyatlar bitənədək artırılmasını" nəzərdə tutan redaktə ilə əvəzlənməsi nəzərdə tutulur. Azərbaycan Prezidentinin səlahiyyət müddəti beş ildir. Hazırda dövlət başçısı ola İlham Əliyev 2003 və 2008-ci illərdə prezident seçilib.

Ümumilikdə ölkə Konstitusiyasının 29-cu maddəsinə 41 dəyişiklik edilməsi planlaşdırılır. Burada, o cümlədən hərbi əməliyyatlar aparılan zaman ölkə parlamentinə seçkilərin ertələnməsi, 40 min seçiciyə qanunvericilik təşəbbüsü hüququ verilməsi, şəxsin istəyinə qarşı video və ya audio yazılışların aparılması və onun şəklinin çəkilməsinə qadağa qoyulması, Azərbaycanın sabiq prezidentlərinin maddi təminatı, eləcə də texniki xarakterli müddəаlar daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti