...

"Yeni Azərbaycan" təşviqat qrupunun müşahidəçiləri səsvermə zamanı hər hansı qanun pozuntusu qeydə almayıblar

Siyasət Materials 18 Mart 2009 12:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir A.Hüseynbala /

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) təsis etdiyi "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun müşahidəçiləri səsvermə zamanı hər hansı qanun pozuntusu qeydə almayıblar, Trend -a YAP-dan məlumat verilib.

Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi (referendum) prosesini "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun 5000-dən yuxarı müşahidəcisi izləyir.

"Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunu təmsil edən müşahidəçilərin verdiyi məlumatlara görə, bütün məntəqələrdə səsvermə prosesi Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulmuş vaxtda, saat 08:00-da seçicilərin yüksək fəallığı şəraitində başlanıb.

Bəzi müxalifət partiyaların təmsil olunduğu "Qarabağ və Respublika Uğrunda Hərəkat" və "Respublikaçılar" təşviqat qrupları isə yaydıqları press-relizdə səsvermə zamanı bir sıra qanun pozuntularının qeydə alındığını bildiriblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti