İsrailin "Haarets" qəzetinin verdiyi məlumata əsasən, İsrailin şimalında yerləşən və əhalisi əsasən ərəblərdən ibarət olan Ümm əl-Fəhm şəhərində yəhudi ultra-sağ təşkilatlarının fəallarının nümayişindən sonra yerli əhali ilə polis arasında baş vermiş toqquşma zamanı 28 insan xəsarət alıb.
Sağçıların nümayişi yerli vaxtla səhər saat 10.00-da başlayıb 45 dəqiqəyə bitsə də toqquşmallar marşdan dərhal sonra başlayaraq iki saat sürüb.
Toqquşmalar İsrail polisinin zabitlərlə dalaşmaq istəyən üç israilli ərəbi həbs etməsindən sonra başlayıb.
1,5 mln. əhalisi olan Ümm əl-Fəhm sakinləri təxribat saydıqları nümayişi durdurmağı söz vermişdilər və buna görə də nümayişçiləri daş atəşinə tutublar.
BBS Russian-ın verdiyi məlumata görə, şəhərə 2500-ə yaxın polis cəlb olunub və onlar iğtişaş törədənlərə qarşı gözyaşardıcı qazlardan istifadə ediblər.
"Haarets"in yazdığına görə, gözyaşardıcı qazdan istifadə zamanı ən azı 15 polis və solçu deputat İlan Qilon yüngül xəsarət alıb.
Nümayişin əsas təşkilatçılarından biri milliyətçi İsrail siyasətçisi Barux Marzel olub. O, ərəblərin tam olaraq Qəzza Zolağından və İordan çayının Qərb sahilindən qovulmasını tələb edən "Kax" hərəkatına başçılıq edib.
"Kax" hərəkatının fəaliyyəti, 1994-cü ildə üzvlərindən birinin Xevron məscidlərinin birində 29 fələstinlini güllələdikdən sonra qadağan edilib.