...

Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla istənilən həlli imkanları istisna olunmalıdır - Almaniya XİN-in dövlət katibi

Siyasət Materials 30 Mart 2009 14:34 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla istənilən həlli imkanları istisna olunmalıdır -  Almaniya XİN-in dövlət katibi

Almaniya XİN-in dövlət katibi Gernet Erler hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla istənilən həlli imkanlarını istisna etmək vacibdir. 

"Almaniya hökuməti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinə yardım edir və bizim səylərimiz problemin həllinə yönəlib", - Novosti-Armeniya-nın yazdığına görə, Erler bazar ertəsi Yerevanda düzənlənən mətbuat konfransında bildirib.

Almaniya xarici siyasət idarəsinin dövlət katibi Erler Ermənistanda səfərdədir. Səfər martın 29-dan 31-dək davam edəcək. Səfər çərçivəsində Erler Ermənistan prezidenti Serj Sarkisyan, parlamentin spikeri Ovik Abramyan, vitse-spiker və Ermənistan-Almaniya deputat qrupunun sədri Arevik Petrosyanla görüşəcək.

Dövlət katibi qeyd edib ki, uzun illərdir münaqişəni beynəlxalq hüquq, ərazi bütövlüyü və millətin öz müqəddəratını həll etmək hüququ prinsiplərinə söykənərək həll etmək cəhdləri nəticə vermir və bu səbəbdən tərəflərin razılığa gəlməsi üçün danışıqlar prosesinə daha praktik yanaşmaq lazımdır.

Erlerin fikrincə, Qarabağ münaqişənin həlli istiqamətində uğur əldə etmək üçün danışıqlarda güzəştə nail olmaq vacibdir.

"Baxmayaraq ki, perzidentlərin görüşlərini uğurlu hesab edirik, biz hər iki ölkə ictimayyətini də güzəştlərə hazırlamalıyıq. Burada populizm və propaqandaya yer yoxdur. Yalnız regionda sülhü düşünərək, məsuliyyət altına girmək lazımdır", - Erler vurğulayıb.  

Xəbər lenti

Xəbər lenti