...

Qazaxıstanda "Elmin populyarlaşdırılması üzrə Kalinga-2009" mükafatı təsis olunub

Siyasət Materials 1 Aprel 2009 15:44 (UTC +04:00)

Qazaxıstan, Astana, 01 aprel / Trend , müxbir K.Arınova /

Qazaxıstanda Hindistan hökumətinin təşəbbüsü ilə "Elmin populyarlaşdırılması üzrə Kalinga-2009" mükafatı (Kalinga Prize for the popularization of science 2009) təsis olunub. Bu barədə Trendin müxbirinə Qazaxıstanın Təhsil və Elmlər Nazirliyindən bildirilib.

"Kalinga Vəkalət fondu ilə Hindistanın Orissa ştatının və Hindistan hökuməti rəhbərlərinin müştərək maliyyələşdirdiyi sözügedən mükafat elmin interpretasiyasında, elmi texnologiya araşdırmalarında zəhmət və əmək sərf edən yazıçılar, redaktorlar, mühazirəçilər, radio və televiziya proqramlarının direktorları, prodüser və kinoprodüserlərə veriləcək", - deyə nazirliyin adının çəkilməsini istəməyən nümayəndəsi bildirib. 

Müsahibin sözlərinə əsasən, elmin inkişafı ilə məşğul olan Elmlər Akademiyasının, elmi tematikada mütəxəssiləşən Jurnalistlər və Yazıçılar Assosiasiyasının və bu kimi strukturların məsləhəti üzrə Qazaxıstan tərəfindən bir namizəd verilə bilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti