...

Əfqanıstan prezidenti zəlzələ nəticəsində həlak olanların ailələrinə başsağlığı verib

Siyasət Materials 17 Aprel 2009 13:09 (UTC +04:00)

Əfqanıstan prezidenti Həmid Kərzayi Nanqarx dairəsində baş verən iki zəlzələ nəticəsində həlak olanların ailə üzvlərinə başsağlığı verib.

Əfqanıstanın Prezident Aparatının press-relizində bildirilir ki, 5,5 bal gücündə olan yeraltı təkanlar bu gün səhər Kabildən 90 km. şərqdə yerləşən Nanqarx dairəsinin Şerzad kəndində baş verib. Baş verən zəlzələ nəticəsində 20 nəfər həlak olub, 50 nəfər yaralanıb, onlarla ev dağılıb.

Kərzayi bütün dövlət orqanlarını zərərçəkənlərə təcili sürətdə yardım göstərməyə çağırıb.

Əfqanıstanın Hindiquş dağ silsiləsində hər il onlarla xırda zəlzələlər baş verir. Əfqanıstandakı evlərin əksəriyyəti gildən tikildiyindən, hətta cüzi təkan belə çox sayda dağıntılara, insan ölümünə səbəb ola və ölkə infranstrukturuna ziyan vura bilir.

Xəbər lenti

Xəbər lenti