...

Türkmənistan başçısı giriş vizasına cavabdeh olan dövlət xidməti qarşısında ciddi məsələlər qoyub

Siyasət Materials 17 Aprel 2009 14:42 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 17 aprel / Trend , müxbir Q.Həsənov /

"Hazırda sizin qarşınızda ciddi məsələlər qoyulub", - Türkmənistan Prezidenti Qurbanqulu Berdımuhəmmədovun xarici vətəndaşlara ölkəyə giriş üçün viza təqdim edən cavabdeh dövlət miqrasiya xidmətinin əməkdaşlarına ünvanladığı müraciətində deyilir. 

Dövlət xidməti əməkdaşlarının peşə bayramına təsadüf edən müraciət bu gün yerli KİV-də dərc olunub. "Siz dünya təcrübəsindən istifadə edərək işinizi təkmilləşdirməli, bundan əlavə, bacarıqlı, mədəni, bir neçə xarici dil bilən və neytral Türkmənistana təşrif buyuran qonaqları gülər üzlə qarşılayan səviyyəli mütəxəssislər hazırlamalısınız", - müraciətdə deyilir.

Prezidentin müraciətində qeyd olunur ki, qarşılarında duran tapşırıqları yaxşı dərk edən dövlət xidməti işçiləri qısa müddət ərzində işlərini yüksək səviyəyə qaldıra biliblər ki, bu da idarənin dəqiq fəaliyyət göstərməsi üçün zəmin yaradır.

"Hazırla miqrasiya xidməti əməkdaşlarının ixtiyarında peyk əlaqəsinin, yeni texnika və xarici pasportların sənədləşdirilməsində istifadə edilən yeni texnologiyaların olması fərəhləndirici haldır. Qarşınızda qoyulan vəzifələrin öhdəsindən gələcəyinizə və yerinə yetirilməsi istiqamətində bilik və bacarığınızı sərf edəcəyinizə şübhə etmirəm", -

Berdımuhəmmədovun müraciətində deyilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti