...

Gürcüstanın xarici işlər naziri bu gün Finlandiyada bir sıra görüşlər keçirəcək

Siyasət Materials 22 Aprel 2009 11:38 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 22 aprel / Trend , müxbir N.Kirtsxalia /

Gürcüstanın Xarici Siyasət İdarəsinin rəhbəri Qriqol Vaşadze Skandinaviya turnesi çərçivəsində Finlandiyaya səfər edəcək. Gürcüstan XİN-dən verilən məlumata görə, o, Helsinkiyə dünən bir sıra görüşlər keçirdiyi Danimarkadan yola düşəcək.

Vaşadze Finlandiyanın paytaxtında bu ölkənin miqrasiya və Avropa məsələləri üzrə naziri Astrid Tors və Finlandiya prezidentinin diplomatik müşaviri, Finlandiya Prezidenti Kabinetinin üzvü Aleks Parkonen ilə görüşəcək.

Bu gün Finlandiyanın xarici işlər naziri Aleksandr Stubbun adından Gürcüstanın xarici işlər nazirinin şərəfinə işgüzar nahar təşkil olunacaq. Nahardan sonra onların birgə mətbuat konfransı keçiriləcək.

Vaşadze xarici ticarət və inkişaf naziri Paavo Vaurunen ilə də görüşəcək, Helsinki Universiteti nəzdindəki Araşdırma Mərkəzisində məruzə ilə çıxış edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti