Gürcüstan, Tbilisi, 04 may / Trend , müxbir N.Kirtsxaliya /
Gürcüstan Parlamentinin spikeri Qoridə keçirilən büro iclasında hakimiyyətin müxalifətlə dialoqa hazır olduğunu bir daha təsdiqləyib.
"Dialoqa hazır olan birsıra radikal müxalifət liderlərinin mövqeyini dəstəkləyirəm. Əlbəttə ki, dialoq ultimatum dilində danışmaqdan yaxşıdır", - David Bakradze deyib.
Onun sözlərinə əsasən, dialoqun dolğun olması faydalıdır. "Müxtəlif mövqe və razılaşdırılmamış məsələlər olacaq. Lakin biz müzakirə edə biləcəyimiz ümumi mövzular tapmalıyıq. Bu mövzulara institusional dəyişiklikləri aid etmək olar. Əminliklə deyə bilərəm ki, biz danışıqlara hazırıq", - spiker qeyd edib.
Bununla yanaşı, Parlamentin müxalifətdən olan vitse-spikeri Pata Davitaya deyib ki, yaranmış vəziyyətdən yeganə çıxış yolu növbədənkənar parlament və prezident seçkilərinin keçirilməsidir. "Dialoq vacibdir və mövzu növbədənkənar seçkilər olmalıdır", - Davitaya qeyd edib.
Səslənən fikirlə razılaşmayan spiker bildirib ki, "bu barədə söhbət gedə bilməz".
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]