...

Azərbaycanda cinayətkarlığın qarşısını almaq üçün videokameraların sayı artırılır – DİN

Siyasət Materials 6 May 2009 17:31 (UTC +04:00)
Azərbaycanda cinayətkarlığın qarşısını almaq üçün videokameraların sayı artırılır – DİN

Azərbaycan, Bakı, 06 may / Trend , müxbir K.Zərbalıyeva /

Cinayətkarlığın qarşısını almaq, ictimai asayişi qorumaq məqsədilə Azərbaycan paytaxtında videokameraların sayı artırılacaq.

"İlin sonuna qədər Bakının müxtəlif yerlərində təxminən 1200 kamera quraşdırılacaq", - çərşənbə günü Trend -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov bildirib.

Trend -un arayışı: Kameralar Paytaxtda hüquq qaydalarına riayət edilməsinə nəzarətin videomüşahidə vasitəsilə həyata keçirilməsinə, fasiləsiz şəkildə canlı izlənilməsinə, qanunazidd hallara, fövqəladə vəziyyətlərə çevik reaksiya verilməsinə imkan yaradacaq.

"Təhlükəsiz şəhər" layihəsinin icrasına 10 milyon manat vəsait ayrılıb.

Gözəlov deyib ki, hazırda Bakının 228 yerində 625 kamera quraşdırılıb. DİN sözçüsünün məlumatına görə, kameralar əsasən əhalinin sıx yerlərində, yol kəsişmələrində və ictimai əhəmiyyətli binalarda quraşdırılır.

Mətbuat xidmətinin rəhbəri deyib ki, ilkin mərhələdə Bakının 1000 yerində 4000 kameranın quraşdırılması nəzərdə tutulub.

Trend -un arayışı: Aprelin 30-da saat 09.30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsi 227 saylı ünvanda yerləşən "Qaz Neft Mədən" və "Neft Mexanikası" fakültələrinin yerləşdiyi ikinci korpusa daxil olan naməlum şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə "Makarov" tipli tapançadan atəş açıb.

Atəş nəticəsində 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Yaralılardan 3-ü artıq evə buraxılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti