...

Heydər Əliyev Fondunun prezidenti Bədii Gimnastika üzrə 25-ci Avropa Çempionatında Azərbaycanı təmsil etmiş yığma komandanın üzvləri ilə görüşüb

Siyasət Materials 20 May 2009 18:14 (UTC +04:00)

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva mayın 20-də Bədii Gimnastika üzrə 25-ci Avropa çempionatında Azərbaycanı təmsil etmiş gənclərdən ibarət yığma komandanın üzvləri ilə görüşüb, AzərTAc Dövlət İnformasiya Agentliyi məlumat yayıb.

Gimnastları Avropa çempionatındakı uğurlu çıxışları münasibətilə ürəkdən təbrik edən Mehriban xanım Əliyeva onların çıxışlarının ölkəmizdə həyəcanla izlənildiyini deyib və idmançılarımızın göstərilən etimadı doğrultduqlarını bildirib.

Çempionatın yüksək səviyyədə təşkilini qeyd edən fondun prezidenti Azərbaycanın qitə yarışında böyük uğur qazanmasının sevindirici hal olduğunu bildirib və vurğulayıb ki, komandamız bu çempionatda bədii gimnastika ənənələri ilə məşhur olan ölkələri belə geridə qoyub.

Azərbaycan Gimnastika Federasiyasının böyük işlər gördüyünü vurğulayan Mehriban xanım Əliyeva idmançılarımızın 25-ci Avropa çempionatında çox yaxşı çıxış etdiklərini və gözəl göründüklərini bildrib.

Yarışla bağlı təəssüratlarını bildirən gimnastlar çempionatın yüksək səviyyədə təşkil edildiyini, onlara göstərilən etimadı doğrultmağa çalışdıqlarını söyləyiblər.

Göstərilən qayğıya və dəstəyə görə minnətdarlıq edən idmançılar Azərbaycan Gimnastika Federasiyasının onlar üçün bir ailə olduğunu vurğulayıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti