...

İran Prezidenti Oksin Steel zavodunun açılış mərasimində iştirak edəcək

Siyasət Materials 22 May 2009 17:46 (UTC +04:00)

İranın Prezidenti Mahmud Əhmədinejad Oksin Steel Khouzestan zavodunun açılış mərasimində iştirak etmək üçün mayın 23-də Xuzistan əyalətinə səfər edəcək. Məlumatı Mehr informasiya agentliyi yayıb.

Oksin Steel Khouzestan zavodu polad laylar istehsal edəcək. Məlumata əsasən, zavod Yaxın Şərqdə ən iri polad lay istehsalçısı olacaq. Oksin Steel 160 hektar sahəni əhatə edir və onun inşasına 3070 milyon dollar sərf edilib.

 

Zavod hər il eni 4,5 metr təşkil edən 50 min ədəd polad lay istehsal edəcək.

Xəbər lenti

Xəbər lenti