...

Separat anklavlarda istənilən seçkilər qanunsuzdur - Gürcüstan XİN

Siyasət Materials 25 May 2009 13:58 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 25 may / Trend , müxbir N.Kirtsxaliya /

"Cənubi Osetiyada de-fakto keçirilmiş bütün seçkilər kimi, Tsxinvali parlament seçkiləri də tamamilə qanunsuzdur", - Gürcüstan XİN-in siyasi departamentinin direktoru Zurab Kaçkaçaşvili bildirib.

Onun sözlərinə görə, bu seçkilər bütün beynəlxalq təşkilatlar tərəfindən qanunsuz hesab ediləcək. "Bu seçkilər hamı üçün qanunsuz olacaq. Yeganə istisna Cənubi Osetiyanın müstəqilliyinin tanıyan Rusiyadır", - Kaçkaçaşvili deyib.

Separat "parlament"ə seçkilərə gəlincə onlar gələn həftə baş tutacaq. Məlum olub ki, müxalif qüvvələrin hamısı Kokoytaya qarşı birləşib.

Cənubi Osetiyadakı seçkilər mayın 31-də keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti