...

İran "Yunis 6" adlı hava yastıqları üzərində hərəkət edən hərbi desant gəmisinin istehsalına başlayıb

Siyasət Materials 26 May 2009 12:06 (UTC +04:00)
İran "Yunis 6" adlı hava yastıqları üzərində hərəkət edən hərbi desant gəmisinin istehsalına başlayıb

"İran "Yunis 6" adlı hava yastıqları üzərində hərəkət edən hərbi desant gəmisinin istehsalına başlayıb", -deyə İranın müdafiə naziri Mustafa Məhəmməd Nəccar çərşənbə axşamı bildirib. Bu barədə İRNA xəbər agentliyi məlumat yayıb.

Nəccar bildirib ki, "Yunis 6" desant gəmisi 6 nəfərlikdir. "Hava yastıqları üzərində hərəkət edən hərbi desant gəmisi dənizdə, çayda, batlaqlıqda və qarda müxtəlif əməliyyatlar keçirmək qabiliyyətinə malikdir", - deyə Nəccar bidirib.

Nəccar əlavə edib ki, "Yunis 6" hava yastıqları üzərində hərəkət edən hərbi desant gəmisi yerli mütəxəssislər tərəfindən istehsal olunur. "İstehsalın birinci fazası çərçivəsində ildə 20 ədəd hərbi desant gəmisi istehsal edərək Hərbi Dəniz Qüvvələrinə təhvil verə biləcəyik", - deyə Nəccar bildirib.

Xəbər lenti

Xəbər lenti