...

Azərbaycan və Latviya münasibətlərin inkişaf imkanlarını nəzərdən keçirəcəklər – səfir

Siyasət Materials 27 May 2009 14:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 may / Trend , müxbir S.Ağayeva /  

Latviya Prezidenti Valdis Zatlersin iyulun ortlarında Bakıya rəsmi səfəri zamanı Azərbaycan və Latviya arasında əməkdaşlığın prioritet məsələləri müzakirə olunacaq. Bu barədə çərşənbə günü Trend -a Azərbaycanın bu Baltikyanı ölkədəki səfiri Tofiq Zülfüqarov məlumat verib.

Zülfüqarov Riqadan telefonla bildirib ki, Latviya Prezidentinin səfəri zamanı əməkdaşlığın müxtəlif sahələrini əhatə edən ikitərəfli əməkdaşlıq üzrə bir sıra sənədlərin imzalanması gözlənilir.

Səfir bildirib ki, Bakıya səfər zamanı Zatlersi azərbaycanlı həmkarları ilə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etmək niyyətində olan Latviya biznesmenləri qrupu müşayiət edəcək.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2008-ci ilin yekunu üzrə Azərbaycan ilə Latviya arasında mal dövriyyəsi 7,86 mln. dollar təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti