...

İranda geniş istifadə olunan dillər üzrə fənlərin tədrisinə dair qərar təsdiqlənib

Siyasət Materials 27 May 2009 15:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 may / Trend /

İranın Ali Elm və Mədəniyyət Şurası prezident Mahmud Əhmədinejadın sədrliyi ilə iclas keçirib. İclasda İran universitetlərində yerli dil və ədəbiyyat fənləri üzrə dərslərin təşkil olunmasına dair qərar təsdiqlənib. Trend -un məlumatına görə, bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.

"Ölkədə milli vəhdət yaratmaq və İran mədəniyyətinin inkişafı məqsədi ilə İranın Elm, Tədqiqat və Texnologiya, Səhiyyə nazirliklərinə, Azad İslam Universitetinə İranda geniş şəkildə istifadə olunan dillər üzrə fənlərin tədrisinə icazə verilir", - deyə İranın Ali Elm və Mədəniyyət Şurasının rəhbəri Məhəmmədrza Müxbir bildirib.

Onun sözlərinə görə, azəri, kürd, bəluç və türkmən dilləri üzrə fənlər bu regionlarda yaşayan əhali üçün elə öz regionlarındakı universitetlərdə keçiriləcək. Dərslərdə hamı azad iştirak edəcək.  

Xəbər lenti

Xəbər lenti