...

Gürcüstanın radikal müxalifəti Azadlıq meydanından "kameraları" yığışıdırıb

Siyasət Materials 1 İyun 2009 19:40 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 01 iyun / Trend , müxbir N.Kirtisxaliya /

Radikal müxalifət Azadlıq meydanında aprelin 21-də quraşdırdığı "kameraları" söküb. Müxalifətin fəalları kameraları yük maşınlarına yükləyərək onları naməlum istiqamətlərə aparıblar.

Azadlıq meydanının bütün ərazisində təmizlik işləri aparılıb. Bu səhərdən etibarən orada, həmçinin yaxın günlərdə meydanın və Puşkin adına meydançanın lazımi görünüşünü alacağını vədd edən şəhər təmizlik xidmətləri də fəaliyyət göstərir.

Bunun üçün şəhər hakimiyyəti bu ərazidə xüsusi xidmətlərin növbəsini təmin edir.

Azadlıq meydanındakı hərəkət yenidən bərpa olunub. Müxalifət nümayəndələrinin qeyd etdiyi kimi onlar improvizasiya olunmuş "kameraları" yerli sakinlərin narazılığı səbəbindən yığışdırmaq məcburiyyətində qalıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti