...

Azərbaycanın Naxçıvandakı hərbi hissəsində baş verən qətl hadisəsi ilə bağlı cinayət işi başlanıb

Siyasət Materials 1 İyun 2009 11:16 (UTC +04:00)
Azərbaycanın Naxçıvandakı hərbi hissəsində baş verən qətl hadisəsi ilə bağlı cinayət işi başlanıb

Azərbaycan, Bakı, 01 iyun / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan Ordusunun Naxçıvandakı hərbi hissəsində baş vermiş hadisə ilə bağlı cinayət işi başlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend -a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edən əsgər Kamil İsayev xidməti silahı ilə komandirini və əsgər yoldaşını güllələyəndən sonra özünü öldürüb.

Hadisə nəticəsində iki hərbçi ağır xəsarət alıb, əsgər özü isə hadisə yerində keçinib.

Müdafiə Nazirliyi hadisənin səbəbləri barədə istintaqın yekununda məlumat veriləcəyini bildirib.

İsayev 2008-ci il yanvarında Ucar rayonu Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti