...

Gürcüstan və Ermənistan mütəmadi görüşlər barədə razılığa gəliblər

Siyasət Materials 8 İyun 2009 15:52 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 08 iyun / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstan və Ermənistanın XİN rəhbəriləri bundan sonra iki ölkənin rəsmi nümayəndələri arasında görüşlərin daha tez-tez keçirilməsi barədə razılığa gəliblər. Bu barədə bu gün Gürcüstan və Ermənistan XİN rəhbərli Qriqol Vaşadze və Edvard Nalbandyanın birgə mətbuat konfransında deyilib.

Nalbandyanın sözlərinə görə, onun Tbilisiyə bu səfəri gürcü həmkarının İrəvana səfərinə cavabdır.

"Ölkələrimiz arasında isti dostluq münasibətləri var. Biz bundan sonra həm Gürcüstan və Ermənistanda, həm də beynəlxalq arenada tez-tez görüşəcəyik", - erməni nazir bildirib.

O qeyd edib ki, müzakirələr və onlarla bağlı iş tələb edən məsələlər tez-tez gündəmə gəlir.

Nalbandyanın sözlərinə görə, mədəniyyət sahəsində əməkdaşlıq qeydə alınıb və qərar verilib ki, yaxınlarda Gürcüstanda erməni mədəniyyəti günləri keçirilsin. "Ermənistanda gürcü mədəniyyəti günləri məmnuniyyətlə keçirilib", - o deyib.

Nalbandyan Tbilisiyə iyunun 7-də ikigünlük səfərə gəlib və şair Sayat Novanın abidəsinin açılış mərasimində iştirak edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti