...

Azərbaycanın hakim partiyası Milli Qurtuluş Günü ilə əlaqədar konfrans keçirəcək

Siyasət Materials 8 İyun 2009 16:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 iyun / Trend , müxbir C.Babayeva /

Hakim Yeni Azərbaycan Partiyası (YAP) 15 iyun - Milli Qurtuluş Günü münasibətilə "Qurtuluşdan başlanan yol" mövzusunda konfrans keçirəcək. 

Konfrans iyunun 13-də keçiriləcək, bazar ertəsi Trend -a YAP-ın mətbuat xidmətindən məlumat verilib.

Trend -un arayışı: Azərbaycanın ümummilli lideri Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib. 1997-ci ildən etibarən 15 iyun Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub.

YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 16 ildir hakim partiya olan YAP-ın indiki sədri Prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti