...

İran Hərbi Hava Qüvvələri təlimlərə başlayıb

Siyasət Materials 22 İyun 2009 10:23 (UTC +04:00)
İran Hərbi Hava Qüvvələri təlimlərə başlayıb

İran Hərbi Hava Qüvvələrinin (HHQ) bölmələri  bazar ertəsindən, dörd gün sürəcək hərbi təlimlərə başlayıb. Təlimlər Fars Körfəzi və Omman körfəzi üzərində, üç mərhələdə həyata keçiriləcək. Bu barədə İRİNN xəbər kanalı məlumat yayıb.

Təlimlər zamanı pilotlar 3600 kilometr uçuş həyata keçirəcəklər. Bu barədə İran HHQ-nin komandir müavini Möhsün Dərəbaği bazar ertəsi bildirib.

Onun sözlərinə görə, təlimlər şərti "Milade Nure Velayət" adı altında ("Vilayət günəşinin doğması") keçiriləcək. "Təlimlərin keçirilməsində məqsəd gənc pilotların hərbi manevr gücünün artırılması, yeni istehsal olunmuş hərbi sursatın sınaqdan keçirilməsi, qırıcı təyyarələrdə hərbi texnikadan istifadə, hədəflərin məhv edilməsi üzrə sınaqlar və havada yanacaqdoldurma prosesinin həyata keçirilməsidır", - deyə Dərəbaği bildirib.

Xəbər lenti

Xəbər lenti