...

"Gürcüstan Yolu" müxalifət partiyasının ofisində dinləmə cihazı aşkar olunub

Siyasət Materials 29 İyun 2009 16:53 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 29 iyun / Trend , müxbir N.Kirsxaliya /

"Gürcüstan Yolu" müxalifət partiyasının ofisində dinləmə cihazı aşkar olunub. Partiyanın lideri Salome Zurabişvilinin bəyan etdiyi kimi, o, təsadüfən elektrik şəbəkəsini yoxlayarkən elektrikvericidə dinləmə cihazı tapılıb.

Bu dəqiqələrdə ofisdə müxalifət liderlərinin görüşləri keçirilir. Oradakı jurnalistləri ikinci mərtəbəyə apararaq tapıntını nümayiş etdiriblər. Zurabişvilinin sözlərinə əsasən o, patrul polisi çağırmaq istəyib, lakin bütün operatorların məşğul olması səbəbindən bunu edə bilməyib.

"Bu müxalifət partiyalarının həqiqətən izlənməsi deməkdir. Əvvəlcə onlar dövlət büdcəsi hesabına maliyələşdirməni dayandırıb, indi isə ümumi dinləməyə əl atırlar", - deyə o bəyan edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti