...

Polis Tehran Universitetinin yataqxanasına rektorun icazəsi ilə hücum edib – İran parlamentinin nümayəndəsi

Siyasət Materials 30 İyun 2009 15:21 (UTC +04:00)
Polis Tehran Universitetinin yataqxanasına rektorun icazəsi ilə hücum edib – İran parlamentinin nümayəndəsi

İran parlamentinin rəyasət heyətinin sözçüsü Möhsin Kuhkən bildirib ki, polis Tehran Universitetinin rəhbəri Fərhad Rəhbərin icazəsi ilə universitetin yataqxanasına daxil olub. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.

"Qanuna əsasən, ancaq universitetin rəhbərinin icazəsi ilə polis universitetə daxil ola bilər. Baş vermiş son hadisələrlə bağlı Tehran Universitetinin rektoru Fərhad Rəhbər özü bildirib ki, təhlükəsizliyin bərpası məqsədi ilə polisin universitetin yataqxanasına daxil olmasına icazə vermib", - deyə Kuhkən bildirib.

Tehran Universitetinin rektoru Rəhbər İran Parlamentinin rəyasət heyəti sözçüsünün iddiasını təkzib edərək bildirib ki, polisin universitetin yataqxanasına daxil olması üçün icazə verməyib.

"Polisin Tehran Universitetinin yataqxanasına daxil olmasına icazə verməmişəm və parlamentin nümayəndəsinin bu sözlərini təkzib edirəm", - deyə o, MEHR xəbər agentliyi ilə müsahibəsində bildirib.

Rəhbər əlavə edib ki, polis Universitetin yataqxanasına daxil olduqdan sonra bundan xəbər tutub.

Trend -un arayışı: İyunun 15-də səhər vaxtı polis Tehran Universitetinin yataqxanasına hücum edib, oradakı tələbələrə qarşı fiziki zor işlədib. Polis tələbələri dəyənək və ağır zəncirlərlə döyərək onlardan bəzilərini həbs edib. Yataqxananın qapı və pəncərələri sındırılıb, yataqxanaya külli miqdarda maddi ziyan dəyib. Tehranda prezidentliyə namizədlər Mir Hüseyn Musəvi və Mehdi Kərrubinin yüz minlərlə tərəfdarı 12 iyun prezident seçkisinin nəticəsinə etiraz olaraq icazəsiz mitinqlər keçiriblər.

Xəbər lenti

Xəbər lenti