...

Müsəlman dünyası İsrail ilə ümumi dil tapa bilər – Trend News-un icmalçısı

Siyasət Materials 1 İyul 2009 09:00 (UTC +04:00)
Müsəlman dünyası İsrail ilə ümumi dil tapa bilər – Trend News-un icmalçısı

Trend -un Yaxın Şərq redaksiyasının icmalçısı Ülviyyə Sadıxova

İsrail Prezidenti Şimon Peresin Azərbaycana ilk tarixi səfəri İslam və yəhudi dünyası arasında hər iki tərəfin maraqlarının qorunub saxlanılması ilə dialoqun mümkünlüyünü nümayiş etdirir.

Tarix göstərir ki, əsrlər boyunca Azərbaycandakı yəhudi icması öz vətənindəki kimi yaşayıb, bununla yanaşı azərbaycanlılar və yəhudilərin dini dəyərləri arasında mədəni mübadilə həyata keçirilib.

Peresin səfəri təkcə mədəni əlaqələrin möhkəmlənməsinə deyil, eyni zamanda Türkiyənin dəstəyi ilə İsrail və Azərbaycan arasında Qafqazda siyasi əməkdaşlığın qorunub saxlanmasına imkan yaradacaq.

Yaxın mütəffiqlər Türkiyə və Azərbaycan ilə tərəfdaşlıq münasibətləri ölkənin neft və qaz maraqlarına cavab verir. İsrail höküməti Azərbaycan qazının tədarük etmək istəyini dəfələrlə bəyan edib, gələcəkdə Xəzər regionundan Türkiyə vasitəsilə İsrailə neft boru kəməri layihəsi imkanlarının yaranması istisna edilmir.

Bundan əlavə, keçmiş SSSR-dən ayrılan ölkələrlə münasibətlərin üstünlük təşkil etdiyini, bunun da sübutu olaraq xarici işlər naziri vəzifəsinə rusdilli siyasətçi Aviqdor Libermanın təyin olunmasını nəzərə alaraq MDB regionu İsrail üçün mühüm olaraq qalmaqdadır. İsrailin böyük siyasətinə gələnə kimi Liberman Knessetin deputatı qismində Azərbaycana səfər edib, bu postsovet məkanının digər ölkələri, həmçinin iki ölkə ilə münasibətlərdə irəliləyişlərə səbəb olub.

Bakı da Azərbaycanın liderlik etdiyi Cənubi Qafqazda iqtisadi və strateji maraqları nəzərə alaraq İsrail ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Unutmaq olmaz ki, İsrail-Fələstin münaqişələrində əsas vasitəçi olan Misir İsrail ilə 30 illik diplomatik münasibətlər səbəbindən bir dəfə də olsun müsəlman dünyasının narazılığı ilə üz-üzə gəlməyib.

Fələstin qaçqınlarının 40 faizinin yaşadığı monarxiya quruluşlu İordaniya İsrail ilə diplomatik əlaqələri 1994-cü ildə Fələstin muxtariyyətinin elan olunmasından dərhal sonra yoluna qoyub.

Müsəlman dini icmalarının tənqidinə baxmayaraq, Misir və İordaniyanın addımı Fələstin-İsrail sülh prosesinin əsaslarının yaranmasına kömək edib.

Azərbaycan ilə münasibətlər göstərir ki, müsəlman dünyası İsrail ilə öz prinsiplərini və maraqlarını saxlayaraq ümumi dil tapa bilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti