...

Rusiya ilə müharibənin olub-olmayacağı yalnız Gürcüstandan asılı deyil - dövlət naziri

Siyasət Materials 6 İyul 2009 19:38 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 06 iyul / Trend , müxbur N.Kirsxaliya /

"Rusiya ilə daha bir müharibənin olub-olmayacağı yalnız Gürcüstandan asılı deyil", - Gürcüstanın reinteqrasiya üzrə dövlət naziri Temur Yakobaşvili hesab edir.

"Müharibənin olub-olmayacağı Rusiya və ABŞ prezidentlərinin bugünkü görüşündən asılı olacaq", - o, bazar ertəsi "İmedi" telekanalının canlı yayımında deyib.

Yakobaşvili hesab edir ki, Barak Obama ilə Dmitri Medvedevin görüşü ona görə vacibdir ki, Rusiya ABŞ-dan bu məsələ üzrə konkret rəy alacaq.

Nazir hərbi əməliyyatların bərpasını istisna etmir.

"Ehtimal var, amma bu o demək deyil ki, müharibə mütləq olacaq. Ötən il bu vaxt müharibədən danışan tərəf yalnız biz (Gürcüstan) idik və heç kim, o cümlədən də Qərb bunu eşitmək istəmirdi. Bu gün isə çoxları müharibənin olacağı barədə yazırlar", - Yakobaşvili deyib.

Onun sözlərinə görə, ABŞ-ın Gürcüstanla bağlı çox dəqiq mövqeyi var və bugünkü görüşdə Gürcüstan məsələsi prinsipial şəkildə qoyulacaq.

ABŞ Prezidenti Obama bazar ertəsi Moskvaya üçgünlük rəsmi səfər gəlib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti