...

Azərbaycan və Suriyanın birinci xanımları Bakıda Talassemiya Mərkəzi ilə tanış olublar

Siyasət Materials 8 İyul 2009 20:24 (UTC +04:00)

"Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, deputat Mehriban Əliyeva və Bakıda səfərdə olan Suriya Prezidentinin xanımı Əsma əl-Əsəd bu gün Bakıda Talassemiya Mərkəzinə baş çəkiblər. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Bu mərkəz Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində yaradılıb", - Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev bildirib. Mərkəz gündə 40-50 xəstəni qəbul edir.

"Hazırda Azərbaycanda minə yaxın talassemiya xəstəsi var ki, onlardan da 700-ə yaxını daimi müşahidə altındadır", - Mərkəzin baş həkimi Azər Kərimov deyib.

Mərkəzin həmçinin ən müasir texnologiyalarla təmin edilmiş üç regional şöbəsi də fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti