...

Azərbaycanda bir neçə rayonun prokurorları dəyişdirilib

Siyasət Materials 17 İyul 2009 11:37 (UTC +04:00)
Azərbaycanda bir neçə rayonun prokurorları dəyişdirilib. Prokurorluq orqanlarından cümə günü Trend News-a verilən məlumata görə, baş prokuror Zakir Qaralovun əmri ilə Respublika Hərbi Prokurorunun sabiq müavini İlham Məmmədov Qobustan rayonunun prokuroru təyin olunub.
Azərbaycanda bir neçə rayonun prokurorları dəyişdirilib

Azərbaycan, Bakı, 17 iyul / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda bir neçə rayonun prokurorları dəyişdirilib. Prokurorluq orqanlarından cümə günü Trend -a verilən məlumata görə, baş prokuror Zakir Qaralovun əmri ilə Respublika hərbi prokurorunun sabiq birinci müavini İlham Məmmədov Qobustan rayonunun prokuroru təyin olunub.
Qobustan rayon prokuroru Muxtar Eminov Beyləqana, Beyləqan rayon prokuroru Allahverdi Səfərov Gədəbəyə, Gədəbəy rayon prokuroru Rəhim Əliyev Bərdə rayonuna prokuror göndərilib.
Bərdə rayonunun prokuroru İslam Əliyev bir müddət öncə rəhmətə getdiyindən bu vəzifənin icrasını müvəqqəti olaraq müavini həyata keçirirdi.

Xəbər lenti

Xəbər lenti