...

İranın ali lideri amnistiya elan edib

Siyasət Materials 22 İyul 2009 17:33 (UTC +04:00)
İranın ali lideri ayətulla Əli Xameneyi "Məbəs" bayramı (İslam peyğəmbərinin peyğəmbərliyə çatdığı gün) münasibəti ilə amnistiya elan edilməsi barədə qərar qəbul edib.
İranın ali lideri amnistiya elan edib

İranın ali lideri ayətulla Əli Xameneyi "Məbəs" bayramı (İslam peyğəmbərinin peyğəmbərliyə çatdığı gün) münasibəti ilə amnistiya elan edilməsi barədə qərar qəbul edib. Qərar layihəsi ali liderə İranın ədliyyə naziri Haşimi Şahrudi tərəfindən təqdim olunub. Bu barədə MEHR informasiyar agentliyi məlumat yayıb.

Qərara əsasən, 3 ildən az müddətə azadlıqdan məhrum edilmiş və cəzasının dördə bir hissəsini çəkmiş şəxslər, öhdəsində azyaşlı uşaq olan qadınlar, 18 yaşına çatmamış yeniyetmə uşaqlar, 65 yaşından yuxarı kişilər, 50 yaşından yuxarı qadınlar, 10 min dollara qədər borca görə məhkum olunmuşlara amnistiya tətbiq olunaraq azadlığa buraxılacaqlar.

Qərarla məhkumluğunun beşdə bir hissəsini çəkmiş, üç ildən artıq müddətə azadlıqdan məhrum edilmiş şəxslərin cəzasının üçdə iki hissəsi bağışlanacaq.

Həmçinin 10 il müddətinə həbsdə olmuş ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlərin cazası 15 ilə endiriləcək. 10 mindən 15 min dollar məbləğinədək borcu olan şəxslərin borcunun beşdə bir hissəsi bağışlanacaq.

Amnistiya qərarı cinayət və xüsusilə ağır cinayət törədən şəxslərə, qaçaqçılara, silahlı basqınlara, quldurluq və zorlama, milli təhlükəsizliklə bağlı cinayətlərə görə məhkum olunanlara, silah və sursat qaçaqçısı, silahlı və təşkilatlandırılmış narkotik qaçaqmalçıları, narkotiklə bağlı maddələrə görə ömürlük və 20 ildən yuxarı cəza almış şəxslərə tətbiq olunmayacaq.

Xəbər lenti

Xəbər lenti