...

ATƏT sədri tərəfləri Gürcüstandakı vəziyyəti sabitləşdirməyə çağırır

Siyasət Materials 6 Avqust 2009 17:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 avqust / Trend , müxbir Y.Ostapenko /

ATƏT-in fəaliyyətdə olan sədri, Yunanıstanın xarici işlər naziri Dora Bakoyannis keçən ilin avqustunda Gürcüstandakı müharibə nəticəsində zərər çəkmiş rayonlarda gərginliyə dair narahatlığını ifadə edib və bütün tərəfləri vəziyyəti qeyri-sabitləşdirəcək fəaliyyətdən və bəyanatlardan imtina etməyə çağırıb.

"Münaqişənin başlamasından təxminən bir il keçəndən sonra biz çətinliklə qarşılaşırıq, - Bakoyannis deyib. - Yaralar hələ sağalmayıb, regionda vəziyyət isə zəif və qeyri-stabil olaraq qalır".

Münaqişədən sonra da xeyli insan ölüb, bir çoxları isə yenidən layiqli yaşamaq üçün onlara lazım olan köməyin azlığından öz evlərini tərk etmək məcburiyyətində qalıblar.

Ötən il avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya Respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Cənubi Osetiyanın paytaxtı Sxinvaliyə daxil olub. Sonradan rus qoşunları Sxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.

Gürcüstandakı proseslərə ATƏT-in əvvəlki kimi cəlb edilməsini qeyd edən Bakoyannis Gürcüstanda regionda təhlükəsizliyin möhkəmləndirilməsinə kömək edən ATƏT-in fəal iştirakının təmin olunacağına ümid etdiyini bildirib.

ATƏT-in gürcü-osetin münaqişə zonasında işləyən müşahidəçilər missiyası 2009-cu ilin iyununda qayıdıblar. Rusiya onların mandatının uzadılmasına Cənubi Osetiya üçün ayrıca monitorinq qrupunun yaradılması şərtilə razı olub.

Tbilisidə bunun qəti şəkildə əleyhinə çıxış ediblər, bildiriblər ki, Moskva dolayı şəkildə Cənubi Osetiyanın beynəlxalq ictimaiyyətdə tanınmasına nail olmağa çalışır. Rusiyadan başqa, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini yalnız Nikaraqua da tanıyıb.

Bakoyannis ATƏT-in missiyasının 1992-ci ildən regionda stabilliyə dəstək verməsindən sonra Gürcüstanda ləğv edilməsinə təəssüf edir.

"ATƏT əvvəlki kimi müşahidə missiyasının Gürcüstanda iştirakına imkan verəcək yollar" axtarır", - Bakoyannis deyib. O, hazırkı çətinliyə baxmayaraq, bu məsələdə konsensusa nail olunacağına ümid etdiyini bildirib.

"ATƏT müşahidəçilərinin regionda daha çox iştirakı lazımdır", - o deyib.

ATƏT BMT və Aİ ilə yanaşı, regionda sabitliyin sürətləndirilməsi üçün aparılan Gürcüstan üzrə Cenevrə diskussiyaların həmsədrlərindən biridir.

"Cenevrə diskussiyaları tərəflərin görüşdüyü və təhlükəsizlik, stabillik, eləcə də, humanitar problemləri müzakirə etdiyi yeganə forumdur", - Bakoyannis deyib.

Bu danışıqlar sayəsində, onun sözlərinə görə, mühüm humanitar məsələlər, məsələn, qaz nəqli məsələsi üzrə inkişafa nail olunub.

"ATƏT, həmçinin əhalinin bütün təbəqələrinin içməli suyu olan tələbatını təmin etmək məqsədilə su təchizatının yaxşılaşdırılması üzrə birgə səyləri dəstəkləyir", - sədr bildirib. Bundan əlavə, ATƏT insidentlərin qarşısının birgə alınması və reaksiya mexanizmi üzrə görüşlərin təşkilinə kömək edir və bu, informasiya mübadiləsi və təhlükəsizlik probleminin müzakirəsi üçün tərəflər arasında müntəzəm əlaqəni təmin edir.

"Bu səyləri davam etdirmək və nəticələrə nail olmaq niyyətindəyik", - o deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti