Azərbaycan, Bakı, 25 avqust / Trend , müxbir C.Babayeva /
Ermənistan Avropa Şurasının tövsiyələrinə riayyət etmir, çərşənbə axşamı jurnalistlərə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidenti Səməd Seyidov bildirib.
"AŞ-nin hər bir sessiyasında, eyni zamanda AŞPA-da Ermənistanla bağlı məsələ müzakirə olunur. İlk baxışdan AŞ Ermənistandakı vəziyyətlə bağlı məsələlər ilə çox ciddi məşğul olur və müxtəlif tövsiyələr təqdim edir. Həqiqətdə isə çox qəribə bir hal yaranır - AŞ Ermənistana nə qədər çox tövsiyə verirsə, Ermənistan bir o qədər onlara məhəl qoymur. Bu, yolverilməz prosesdir", - Seyidov bildirib.
Onun sözlərinə əsasən, həm Ermənistan hökuməti, həm də müxalifəti AŞ-da bu ölkə ilə bağlı vəziyyətin müzakirə edilməsində maraqlı deyil. "Ola bilsin ki, AŞPA-nın növbəti sessiyasında Ermənistan haqqında məsələ qaldırılacaq. Lakin bu o demək deyil ki, hər hansı bir qətnamənin qəbul edilməsindən sonra rəsmi Yerevan əhəmiyyətli addım atacaq", - Seyidov bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]